Təhsil naziri yay tətilinin ləğv olunma ehtimalına münasibət bildirib

431

Təhsil naziri Ceyhun Bayramov yay tətilinin ləğv olunma ehtimalına münasibət bildirib.

SosialMedia.azın xəbərinə görə, nazir deyib ki, bütün mövcud real vəziyyət, yerli konteks, insanların təhlükəsizliyi, şagirdlərin marağı, bütün prioritetlər nəzərə alınaraq dərslərin başlanması müddəti ilə bağlı qərar veriləcək: “Bütün hazırlıq işləri aparılır. Bir məqam aydındır ki, bir sıra yeniliklər, mövcud reallıqlar nəzərə alınacaq, ancaq konkret vaxtla bağlı indi danışmaq düzgün olmaz”.