Koronavirusa yoluxan Rusiyanın baş naziri

245

Koronavirusa yoluxan Rusiyanın Baş naziri Mixail Mişustin son dəfə dövlət başçısı Vladimir Putinlə cari ilin martın 24-ü görüşüb.

SosialMedia.az xəbər verir ki, həmin tarixdə onlar iqtisadi məsələləri müzakirə etmək üçün görüşmüşdülər.

Bundan sonra onlar yalnız videogörüntü vasitəsi ilə əlaqə saxlayıblar.

Daha əvvəl isə baş nazirin iş yerində təmas etdiyi insanlar müəyyən edilmişdi.

Məlumata əsasən, son zamanlar onun kabinetində protokol əməkdaşları, həmçinin videogörüntünün keyfiyyətini təmin edən mütəxəssislər olublar.