Sabahın hava proqnozu

272

Mayın 7-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin SosialMedia.az-a verdiyi xəbərə əsasən, səhər duman olacaq, mülayim şimal küləyi arabir güclənəcək.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 13-16, gündüz  18-21, Bakıda  gecə 14-16, gündüz  18-20 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi normadan aşağı 750 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

 

Mayın 7-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu  gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

Mayın 7-8-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər  meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.