Futbolçular İngiltərə Premyer Liqasının bərpa olunmasını istəmir

234

Koronavirus pandemiyası səbəbindən dayandırılan İngiltərə Premyer Liqasının bərpa planı futbolçuları narahat edir.

SosialMedia.az saytının məlumatına görə, bəzi oyunçular meydana çıxmaqdan ehtiyat edirlər.

İngilislər təxminən iyunun 12-də çempionatı bərpa etmək istəsələr də, ən azı 50 futbolçunun sağlamlıq səbəbindən oynamaq istəmədiyi bildirilir. Çempionatın bərpa olunmasını istəməyənlər arasında “Mançester Siti”nin hücumçusu Serxio Aquero da var.

Qeyd edək ki, Premyer Liqa rəhbərliyi, kapitanlar və Peşəkar Futbolçular Birliyi arasında bu gün görüş baş tutacaq. Premyer Liqa rəhbərliyi gələn həftəiçi hökumətdən çempionatın bərpası üçün razılıq almağa çalışacaq.