Sumqayıtda məişət tullantıları poliqonunda yanğın başlayıb – FOTO

169

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.

FHN-dən SosialMedia.aza verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.