Biləsuvar rayonunda qətl hadisəsi törədilib

185

Biləsuvar rayonunda qətl hadisəsi törədilib.

Sosialmedia.az Report-a istinadən məlumatına görə, hadisə gecə saatlarında şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib.

Məlumata görə, bıçaq qarın boşluğuna nüfuz edib və R.Rzayev qanitirmədən yerindəcə keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.