Bakı-Sumqayıt yolunda qəza: Tıxac yarandı

184

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi olub.

Sosialmedia.az Oxu.Az-a istinadən məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi yaxınlığından keçən hissəsində baş verib.

TIR markalı yük maşını ilə “Hyundia” markalı, 90 LX 508 markalı avtomobil toqquşub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Qəza Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən “Ekologiya postu”na qədər olan hissəsində tıxacın yaranmasına səbəb olub.

Xatırladaq ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlər davam edir.