Baş nazirdən açıqlama

235

Polis qüvvələrinə qarşı zorakılıq edənləri və sosial məsafəni gözləməyənləri dəstəkləməyəcəyəm.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Böyük Britaniya Baş naziri Boris Conson ölkəsində baş verən etirazlarla bağlı açıqlamasında deyib.

“Bəlli səbəblərdən sosial məsafə gözləməyənlərə dəstək verməyəcəyəm. Biz demokratik ölkəyik. Dövlət əmlakına və təhlükəsizliyimizi təmin edən polis qüvvələrinə hücum edənlər qanunun gücünü öz üzərlərində hiss edəcəklər”, – deyə B.Conson bildirib.

Qeyd edək ki, ABŞ-la yanaşı, Böyük Britaniyada da polisin qaradərililərə zorakılığına qarşı etiraz aksiyaları keçirilir.