Məktəbin texniki avadanlıqlarını oğurladılar

134

Pandemiya ilə əlaqədar təhsil ocaqlarının bağlı olmasından istifadə edən şəxslər oğurluq edib.

Sosialmedia.az xəbər verir ki, hadisə Sumqayıt şəhərində baş verib.

Belə ki, iyunun 16-da şəhər ərazisindəki tam orta məktəblərin birindən televizor, noutbuk, iki proyektor, mobil telefon, iki modem, televizor altlığı, müşahidə kamerasının yaddaş kartı, üç mikrofon və mühafizə xidmətinin çağırış siqnalı aparatı oğurlanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş K.Səfərəliyev saxlanılıb.