Şəhid zabitimiz dəfn edilir

175

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Mahmudov Rəşad Rəşid oğlunun nəşi doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndinə gətirilib.

Sosialmedia.az Report-a istinadla xəbər verir ki, hazırda şəhidlə evində vida mərasimi keçirilir. Mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, Müdafiə Nazirliyinin nümayəndələri və yerli sakinlər iştirak edir.

Vida mərasimindən sonra şəhid kənd qəbiristanlığında dəfn ediləcək.

R.Mahmudov ailədə iki qardaş olublar. 8 il əvvəl onun kiçik qardaşı ehtiyyatsızlıqdan aldığı güllə yarasından vəfat edib.