Sumqayıtda ətraf mühiti zibilləyən şəxs cərimələnib

149

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Sumqayıt şəhərində məişət tullantılarının qalaqlanması hallarının qarşısının alınması məqsədilə tədbir keçiriblər.

Nazirliyin mətbuat xidmətindən SosialMedia.aza verilən məlumatına görə, iyulun 13-də keçirilmiş tədbirlər zamanı Sumqayıt şəhəri ərazisində yerləşən istirahət mərkəzlərindən birinin yaxınlığında  sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə şəhər sakini M.Göyçayev barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib edilərək 600 manat cərimə olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.