Sumqayıtda 18 yaşlı oğlan dənizdə batıb

198

Sumqayıtda 18 yaşlı oğlan dənizdə batıb.  

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü Məmmədzadə Tərlan Məznun oğlu Xəzər dənizinin Corat sahilində çimərkən boğulub. Onun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.