Sabahın hava proqnozu

219

5 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən SosialMedia.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24,  gündüz  28-32, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.