Nazir müəllimlərin işə qəbulu imtahanları ilə bağlı əmrdə dəyişiklik edib

138

Təhsil naziri 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədi ilə əmrdə dəyişiklik edib.

SosialMedia.az-ın məlumatına görə, əmrə əsasən, “2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkili və keçirilməsi təmin edilməlidir”.

Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsi (S.Hacıyeva) bu əmrin Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.