Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib, səkkiz nəfər xəsarət alıb

117

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen Zavodunda yanğın baş verib.

Bu barədə SosialMedia.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir.

Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır. 

SosialMedia.az-ın əldə etdiyi məlumata görə, yanğında səkkiz nəfər xəsarət alıb.