Polad Həşimovla bağlı xatirələr kitab oldu

154

Şəhid general-mayor Polad Həşimovla bağlı xatirə kitabı hazırlanıb.

Sosialmedia.az xəbər verir ki, xatirələrdən ibarət kitabın ilk nəşri 2000 tirajla çap olunacaq və sıravi oxuculara və bir çox dövlət qurumlarına pulsuz paylanacaq.

Kitabı ərsəyə gətirən “Hədəf” nəşrlərinin direktoru Səbuhi Şahmursoy xatirələri qələmə alarkən heç kimdən mənfi bir rəy eşitmədiyini bildirib:

“Kitab artıq hazırlanıb və çapa verilib. Gələn həftənin ilk günlərindən kitabın ödənişsiz şəkildə paylanılması nəzərdə tutulur”.