İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi dördüncü televiziya müzakirəsini keçirdi

221
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin həyata keçirdiyi “Qlobal şəbəkələrdən informasiya təzyiqinə qarşı effektiv mübarizə üsulları” adlı layihənin icrası davam edir.

SosialMedia.az-a  xəbər verir ki, bu gün layihə çərçivəsində dördüncü televiziya müzakirəsi keçirilib.

Bu dəfə “Sosial şəbəkə istifadəçilərinin özləri də bilmədən “Fake news” hücumlarının bir parçasına necə çevrilmələrinin izahı və bundan yayınmanın yolları” mövzusu müzakirə edilib. Müzakirədə layihənin moderatoru Vilayət Muxtar, ekspertlər Elman Cəfərli və Şaban Nəsirov iştirak edib. Müzakirə zamanı qeyd olunub ki, sosial şəbəkə istifadəçiləri etibar etmədiyi mənbənin məlumatlarını paylaşmalı deyil, xüsusilə də dövlətçilik və milli maraqlar əleyhinə olan xəbərlərin yayılmasında iştirakçı olmamalıdır. Layihənin ekspertləri bu işdə maarifləndirici tədbirlərin keçirilməsininin vacib olduğunu vurğulayıb.