Şuranın dəstəyi ilə “Qız Qalasına”virtual ekskursiya təşkil olundu

379

“Jest dilində məlumatlandırma” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilir. Layihə eşitmə məhdudiyyəti olan şəxslərə dəstək olaraq onların informasiya balansını artırmaq məqsədi ilə həyata keçirilir.

Bu barədə layihə rəhbəri Cəmilə Çingizqızının sözlərinə görə , layihədə COVİD-19 virusu ilə mübarizədə məlumatlandırma, xüsusi karantin dövründə qaydalara riayət etmək, internet üzərindən onlayn komunal və digər ödənişləri həyata keçirmək, internet təhlükəsizliyi qaydaları və bir neçə muzeyə virtual tur təşkil olunaraq, sosial şəbəkə və youtube kanalı vasitəsilə eşitmə məhdudiyyəti olan şəxslərə çatdırıldı. Bu səfər layihəmiz çərçivəsində virtual tur paytaxt Bakının ən qədim , ən gözəl tarixi abidəsində baş tutdu.

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi və “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi arasında imzalanmış müqavilə əsasında Bakının simvolu, əfsanəvi Qız Qalası tarixi memarlıq abidəsi üzrə ekskursiya surdo-tərcümə vasitəsilə eşitmə məhdudiyyəti olan şəxslər üçün təqdim olundu. Karantin dövründə həyata keçirilən virtual tur, eşitmə məhdudiyyəti olan şəxslərlə yanaşı, tipik şəxslər və ölkəmizlə maraqlanan digər internet istifadəçiləri üçün bir məlumatlandırıcı video rolikdir.