Azərbaycanda məktəbəqədər və məktəbəhazırlıqla bağlı dərslərin başlanma tarixi açıqlanıb

126

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində və ümumi təhsilin məktəbəhazırlıq mərhələsi üzrə dərslərin əyani başlayacağı tarix açıqlanıb.

SosialMedia.az-ın  məlumatına görə, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə qərarında bildirib. Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində dərslər sentyabrın 15-dən başlayacaq.

Ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə dərslər isə oktyabrın 1-dən başlayacaq.