İranda son sutkada 110 nəfər koronavirusdan ölüb

100

İranda son sutka ərzində 110 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

SosialMedia.az-ın  xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 21359 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 1905 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 371816 nəfərə çatıb.

İranda indiyədək 319847 nəfər koronavirusdan sağalıb.