81 yaşlı molla 44 yaşlı nikahsız arvadını öldürdü – TƏFƏRRÜAT – YENİLƏNİB

175

Sabirabadda yaşlı kişinin arvadını öldürməsi ilə bağlı bir sıra təfərrüatlar məlum olub.

 SosialMedia.az -ın əldə etdiyi məlumata görə, keçmiş arvadı dünyasını dəyişən 1939-cu il təvəllüdlü Yaqub Eyyubov 1976-cı il təvəllüdlü Mətanət Eyyubova ilə 10 il əvvəl rəsmi nikahsız ailə həyatı qurub. Y.Eyyubov kənddə mollalıq edirmiş. M.Eyyubova isə rayonun Qaralar kəndindən Eyyubovlar ailəsinə gəlin köçüb. Bundan əvvəl ailədə heç bir söz-söhbət, yaxud problem olmadığı bildirilir. Bundan əlavə, 81 yaşlı kişinin 3 oğlu və 1 qızı olduğu qeyd olunur.

Hadisə yerində polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən lazımi istintaq tədbirləri görülür. M.Eyyubovanın meyitinin isə hazırda “morq”da olduğu deyilir.