Vaqif Dərgahlı: “Bugünkü döyüşlərdə helikopterlərdən istifadə edilmir”

182

“Ermənistan tərəfinin guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yaydığı məlumat onların növbəti dezinformasiyasıdır”.

SosialMedia.az-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib: “Bildiririk ki, Azərbaycan Ordusu bu gün keçirilən əməliyyatlarda helikopterlərdən istifadə etməyib”.