Azərbaycan əsgəri onları iti qovan kimi qovur

192

Hesab edirdilər ki, biz bununla barışacağıq. Ancaq biz göstərdik kim kimdir. Azərbaycan əsgəri onları iti qovan kimi qovur. İşğal edilmiş torpaqlarda Azərbaycan bayraqları qaldırılır.

Sosialmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“Onların səngərlərində Azərbaycan əsgəri dayanır, onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük, onların digər silahlı texnikası bizim əlimizdədir”, – Prezident bildirib.