Pakistan səfiri Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutmasını pisləyib

345

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutmasını pisləyib.

SosialMedia.az-ın xəbərinə görə, bu barədə diplomat “Twitter”də bildirib.

“Dualarımız Gəncə əhalisi ilədir. Beynəlxalq hüquqa görə mülki əhalini bombalamaq müharibə cinayətidir”, – deyə səfir qeyd edib.