Ermənistan cəbhədəki qoşunlarını təmin edə bilmir – MN

160

Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb.

Müdafiə Nazirliyindən SosialMedia.az-a verilən məlumata görə, alayın 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək qaçıb.

Eyni zamanda hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasını tərk edib.