Ceyhun Bayramov: “Qanunsuz addımlar Ermənistan hərbi-siyasi rəhbərliyinin düşüncə tərzinə çevrilib”

156

“Ermənistan tərəfdən muzdlu döyüşçülərin Azərbaycana qarşı müharibədə iştirakı ilə bağlı çoxsaylı faktlar var”.

SosialMedia.az-ın  müxbirinin məlumatına görə, bunu bu gün cəbhədəki son vəziyyət bağlı keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Ermənistanun diaspor üzvləri bir sıra ölkələrdə fəaldırlar:

“Bəzi diaspor təşkilatlarının rəhbərləri bəzən erməni mənşəli, bəzən də erməni mənşəli olmayan şəxslər üçün toplanış məntəqələrinin olduğu barədə məlumat verirlər. Məsələ bu gün o qədər açıq səviyyəyə çatıb ki, Ermənistan Prezidenti “Əl-Cəzirə” telekanalına müsahibəsində bu məqamı etiraf edib.

O, xarici ölkələrdən gələnlərin müraciət edərək, döyüşdüyünü ifadə edib. Həmçinin, PKK terror təşkilatının üzvlərinin də döyüş əməliyyatlarına cəlb olunduğu barədə bizdə kiafayət qədər məlumatlar var”.

“Ermənistan ilk dəfə deyil ki, müxtəlif ölkələrdən terrorçuları döyüşlərə cəlb edir. Birinci Qarabağ Müharibəsində də Ermənistan terrorçulardan istifadə etmişdi. Onlardan biri Monte Melkonyan idi ki, Livandan gəlib Ermənistan tərəfində döyüşən zaman Azərbaycan Ordusu tərəfindən öldürülmüşdü.

Bu gün o, Ermənistanın Milli Qəhrəmanıdır. O, Ermənistana gəlməmişdən əvvəl Fransada terror aktı törədib. Bu, bir daha onu sübut edir, Ermənistan hər zaman belə qanunsuz addımlara əl atır, çünki bu, onların hərbi-siyasi rəhbərliyinin düşüncə tərzinə çevrilib”.