CHP Qarabağdakı PKK-çılara səssiz qaldı

184

CHP Qarabağda PKK terrorçularının olmasına səssiz qaldı, eləcə də Türkiyəni Azərbaycana silah satmaqda ittiham etdi.

Sosialmedia.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Həmzə Dağ çıxış edib.

“Beynəlxalq aktorlar nə deyirlərsə, onların katibliyini edirlər. Ermənistan PKK/PYD terrorçularını Dağlıq Qarabağa apardı. Bu barədə CHP-dən heç bir səs gəlmədi. CHP-nin xarici siyasət üzrə nümayəndəsi deyir ki, Türkiyə Azərbaycana silah satır. Biz bunu gizlətmirik ki, terrorçulara yox, Azərbaycana silah satırıq”, – Dağ qeyd edib.