Rusiya Ermənistana lazımi cavabı verəcək – Baş müşavir

175

Ermənistanın təxribatlarında bir məntiq tapmaq asan deyil. Bu etdiklərinin arxasında məntiqli bir şeyin olması da mümkün deyil.

Sosialmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin Baş müşaviri İgid Bulud bildirib.

Azərbaycanın hərbi cəhətdən Ermənistandan çox üstün olduğunu deyən Bulud ölkəsinin müdafiə sənayesinin də fərq yaratdığını qeyd edib:

“Rusiyanın addımı çox əhəmiyyətlidir. Moskva Qərbə qarşı dirəniş göstərən Türkiyəni tam dəstəkləməlidir. Biz Prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində Türkiyə olaraq Rusiya ilə çox əhəmiyyətli addımlar atmışıq. 1960-cı ildə mərhum Menderes Moskva səfərinin hesabını canı ilə ödədi. O zaman qərb imperializmi Menderesin Moskvaya getməsinə icazə vermədi.

Burada Çin faktoru da var. Çindən qərbə gedən yollar haradan keçəcək? Bu bölgələrdə hansı torpaqlardan keçəcək və bu ərazilər kimin əlindədir. Düşünürəm ki, Rusiya rasional davranacaq və Ermənistana lazımi cavabı verəcək”.