Ankaradan Afinaya: Gərginliyi artıran addımlar…

141

Yunanıstanın maksimalist iddialarına əsaslanaraq, hər NAVTEX elanından sonra Türkiyənin fəaliyyətlərinə etiraz etməsi yersizdir.

Sosialmedia.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

“Ankara beynəlxalq hüquq normaları çərçivəsində Aralıq dənizinin şərq hissəsindəki qazma işlərini davam etdirəcək. Türkiyə Yunanıstanla əməkdaşlığa və iki ölkə arasındakı problemləri dialoq yolu ilə həll etməyə hazırdır. Afina Ankaranı doğru olmayan iddialarla ittiham etmək əvəzinə, bölgədə gərginliyi artıran addımlardan qaçmalı və danışıqlar üçün uyğun bir mühitin yaradılmasına töhfə verməlidir”, – XİN rəsmisi bildirib.

Qeyd edək ki, Yunanıstan Türkiyənin Aralıq dənizinin şərq hissəsində qazma işləri aparmasına etirazını bildirib