Paşinyan çaşbaş qalıb

138

Diplomatik səylərin konkret hədəfləri olmalıdır. Bunun əvəzinə hökumət səhər bir söz, günorta başqa söz, axşam isə tam ayrı bir söz deyir.

Sosialmedia.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib. O, Paşinyan hakimiyyətinin qətiyyət nümayiş etdirmədiyini bildirib:

“Əvvəl deyirdilər ki, sülhməramlılar məsələsi bizim gündəmimizdə yoxdur, sonra sülhməramlıların xeyrinə fikirlər səsləndirdilər. Əvvəl Dağlıq Qarabağla hərbi alyansdan bəhs etdilər, sonra Ermənistanın Qarabağı tanımasından, daha sonra xilas adına bölünmədən, daha sonra isə birləşmə adına ayrılmadan danışdılar. Paşinyan bir qədər sonra cəmiyyətin ağrılı kompromisə hazır olduğunu elan etdi, sonra isə bunu beynəlxalq aləm üçün dediyini və sona qədər gedəcəyini söylədi. Əvvəl deyirdilər ki, bir qarış torpaq verməyəcəyik, bugünlərdə isə Araik Arutyunyan erməniləri Şuşanın müdafiəsinə çağırdı”.