Onları Ermənistana göndərənlərə çağırış: Bunu dayandırın!

165

Ermənistan terror gücünə yaranan bir dövlət olduğu üçün bu istiqamətdə fəaliyyət təcavüzkar ölkənin rəhbərliyi üçün normaya çevrilib.

Sosialmedia.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli tanınmış tədqiqatçı-yazıçı Ziya Zakir Acar çıxış edib.

“Beynəlxalq təşkilatlar, terror əleyhinə olan dünya birlikləri, eləcə də insan haqları məhkəmələri Ermənistanın terrorçu siyasətinə ən qısa zamanda reaksiya verməlidir. Əks halda, digər ölkələrin də terrorçulardan istifadəsi geniş yayıla bilər. Türkiyə ictimaiyyəti olaraq Ermənistanın Azərbaycana qarşı muzdlu döyüşçülərdən və terrorçulardan istifadə etməsini kəskin şəkildə qınayırıq. Muzdlu döyüşçüləri və terrorçuları Ermənistana ixrac edən, onların keçidinə tranzit imkanı yaradan ölkələrə də çağırış edirik – bu prosesi dayandırın! Terrorçudan fayda götürmək əbədi ola bilməz”, – Acar qeyd edib.