Ərdoğan: “Bu səhər qardaşım İlham Əliyevlə danışdım, İnşallah Qələbəyə yaxınlaşırıq”

129

“Bu səhər qardaşım İlham Əliyevlə danışdım. Müsbət irəliləyişləri birbaşa özündən eşitdiyim üçün xüsusilə məmnun oldum. İnşallah Qələbəyə yaxınlaşırıq”.

SosialMedia.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Azərbaycan 30 ildir işğal olunmuş ərazilərindən ayrı qalıb: “İnşallah indi işğal altında olan torpaqlarına qovuşacaqlar”.

Ərdoğan əlavə edib ki, zalımlar və xainlər bizə nifrət edə bilər: “Bir əsrdir, vicdansızlıqla həyata keçirdikləri ədalətsiz siyasətlərini pozduqlarımız bizə nifrət edərlər”.