Moldova mətbuatı Laçının azad olunmasından yazdı

139

Moldovanın aparıcı KİV-ləri Laçın rayonunun işğaldan azad olunmasına dair xəbərləri geniş işıqlandırıb.

Sosialmedia.az xəbər verir ki, “NOİ.md”, “publika.md”, “deschide.md” və digər portalların yaydıqları informasiyalarda Azərbaycan Silahlı Qüvvələrinin ordu birləşmələrinin Laçın rayonuna daxil olması barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Yazılarda vurğulanır ki, 30 ilə yaxın müddətdə Laçın rayonu Ermənistanın nəzarətində idi.