Azərbaycan “artıq bəsdir” deyərək… – Akar

165

Başda Xocalı faciəsi olmaqla, Ermənistanın törətdiyi vəhşiliklər yadımızdan çıxmayıb.

Sosialmedia.az xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Ermənistanın 27 sentyabrda mülki əhalini hədəf alan hücumları bardağı daşıran son damla oldu:

“Azərbaycan Ermənistanın hücumlarını dayandırmaq və işğaldakı torpaqlarını azad etmək üçün “artıq bəsdir” deyərək hərəkətə keçdi. Azərbaycan “Vətən Hərəkat Planı”nı tətbiq etdi”.

Nazir qeyd edib ki, Birgə Monitorinq Mərkəzinin inşası və fəaliyyətə başlaması üçün Türkiyə-Azərbaycan-Rusiya arasında danışıqlar davam edir.