Bir qrup xarici jurnalist Qarabağa getdi

152

Beynəlxalq jurnalist təşkilatı “Global Journalism Council”in təşkilatçılığı ilə bir qrup xarici jurnalist Azərbaycana gəlib.

Sosialmedia.az xəbər verir ki, Azərbaycanda olacaqları müddətdə xarici jurnalistlər işğaldan azad edilmiş bölgələrdə erməni vandallarının törətdikləri ağlasılmaz vəhşiliklə yerində tanış olacaqlar.

Səfərdə məqsəd erməni vəhşiliyinin dünyaya çatdırılmasıdır.

Nümayəndə heyətinin tərkibinə Şinji Haşimoto (Kyodo – Yaponiya), Aziz Gürpınar (Kiodo Nyus), Pyotr Patrik (Ekonomist, ABŞ), Jordi Banos (La Vanguardia – İspaniya), Filippo Cicciu (RSI İsveçrə), Albert Naya (CNN), Paul Osterlund (Foreign Policy – ABŞ), İlya Topper (EFE, İspaniya), Kahraman Haliscelik (KGK) daxildir.

“Global Journalism Council”in beynəlxalq məsələlər üzrə rəhbəri Elşad Eyvazlı bildirib ki, bu gün heyət Qarabağ bölgəsinə yola düşüb: “İlin sonunadək daha bir qrup əcnəbi jurnalistin Azərbaycana səfərini təşkil edəcəyik.

Azad edilmiş rayonlarımızın hər qarışında erməni vəhşiliyi var. Bu, dağıdılmış evlər, məhv edilmiş tarixi, dini, mədəni abidələr, viran qoyulmuş təbiətlə özünü göstərir.

Əcnəbi jurnalistlərin vasitəsilə bu vəhşilikləri gücümüz qədər bütün dünyaya göstərməliyik”.