Polad Həşimovun anası İlham Əliyevə təşəkkür etdi

131

General-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğluna “Milli Qəhrəman” adının verilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Sosialmedia.az Trend-ə istinadən xəbər verir ki, S.Həşimova oğlu general-mayor Polad Həşimovun öz canını torpaqlarımız uğrunda fəda etdiyini bildirib.

“Ali Baş Komandan, Prezident İlham Əliyev onun əziyyətini qiymətləndirdi. Buna görə öz ailəmiz adından Ali Baş Komandana təşəkkürümüzü bildiririk, ona “sağ olsun” deyirik. Mənim oğlumun əziyyəti belə qiymətləndirildi”, – S.Həşimova vurğulayıb.