QHT rəhbərləri yaralı qazi Elvin Xəlillovu doğum günü münasibəti ilə təbrik etdilər-VİDEO

727


Sosialmedia.az xəbər verir ki, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifovanın təşəbbüsü ilə bir neçə Qeyri-Hökümət Təşkilatlarının rəhbərləri Sumqayıt şəhərində yaşayan Vətən Müharibəsidə iştirak edən və yaralanan Qarabağ qazisini ziyarət etdilər. Növrəstə xanım 2-ci Qarabağ müharibəsində iştirak edən, igidlik göstərərək yaralanan Elvin Xəlillovu doğum günü münasibəti ilə təbrik etdi və ona qazilər adından hədiyyələri təqdim etdi.

Növrəstə xanım 1-ci Qarabağ savaşında qazilərin döyüşlərdə göstərdiyi sücaətlərdən danışdı. O,qeyd etdi ki, 1992-1994-cü illər də ölkəmiz yeni müstəqilliyə qədəm qoymuşdu, ordu könüllülərindən ibarət idi. Ordumuz yeni yaradılırdı.Çox şükür ki,bu gün Azərbaycanın güclü müzəffər ordusu var və biz müasir silahlara sahibik. Bizim Ali Baş Komandanımız İlham Əliyevin sayəsində bu gün biz qalib ölkənin qalib vətəndaşlarıyıq. Onun uğurlu siyasəti nəticəsində biz zəfər çaldıq.

Digər QHT rəhbərləri “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov və “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova da bu təbriklərə qoşuldular. Qazmizə cansağlığı arzuladılar.
Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimizə isə şəfa versin.