ƏSMİD İctimai Birliyinin 4 yaşı münasibəti ilə tədbir təşkil olundu-VİDEO

355

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin dörd yaşı tamam olur.

Bununla əlaqədar olaraq təşkilat üzvüləri üçün onlayn tədbir təşkil olunub.Bu barədə Sosialmedia.az-a Birliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri Səbinə Kərimova tədbir üzvülərinin hər birini təşkilatın 4 yaşı münasibəti ilə təbrik edib və onların hər biriniə cansağlığı arzulayıb. Bu ildə çox insanın həyatını dəyişdik və dəyişməkdə də davam edəcəyik. Düzdür 2020-ci il dünya üçün pandemiya ili oldu və hələ də davam etməkdədir.

Ölkəmizdə təyin olunan sərtləşdirilmiş karantin bütün sahələri iflic vəziyyətinə düşürüb.Lakin bununla belə biz işlərimizi onlayn qayda da davam etdiririk. Bu il həm də bizim ölkəmiz üçün zəfər ili oldu. Biz 30 il işgal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdik. Bu qələbəni bizə yaşadan Azərbaycanın müzəffər ordusuna minnətdarlığımızı bildiririk. Biz bir təşkilat olaraq dövlətimizin, xalqımızın yanındayıq və bütün məsələlərdə dövlətimizi dəstəkləyirik. Bu həmişə də belə olacaq.
Qarşımıza götürdüyümüz öhdəliklərdən biri təşkilat üzvülərinin bir qisminin özünəməşqulluğunun təmin olunması məsələsi idi. Biz 2020-ci ildə bu öhdəliyi yerinə yetirdik və əlilliyi olan təşkilat üzvülərinin özünəməşqulluğunu təmin edə bildik. Onlar artıq avadanlıqlarını alıblar və ümid edirəm ki, yaxın zamanda işlərinə başlayacaqlar. Biz bu dörd ildə artıq bir ailəyə çevrilmişik. Bütün problemlərimizi bölüşür və həllinə birlikdə nail oluruq.


Hazırda təşkilatın 100 yaxın üzvü var. Təşkilatın nəzdində “Gənc Əlillərə Dəstək” mərkəzi, SosialMedia.az saytı və iki rayon şöbəsi fəaliyyət göstərir. Yaxın gələcəkdə yeni şöbləri yaradacayıq. Sonra onlayn tədbirdə bir illik hesabat slayd formasında təşkilat üzvülərinə təqdim olunub. Hesabatda il ərzində görülən işlər, görüşlər,əməkdaşlıqlar, yardımlar barədə məlumat verilib. 2021-ci il də görüləcək işlırin anonsunu da təşkilat üzvülərinin nəzərinə çatdırılıb. Sonra təşkilatın üzvüləri təşkilatın 4 yaşı münasibəti ilə öz ürək sözlərini və gələcək də daha gözəl işlərə imza atmalarını arzulayıblar.

Bir çoxunun həyatını dəyişən ƏSMİD İctimai Birliyinin 4 yaşını biz də SosialMedia.az saytı olaraq təbrik edirik. Təşkilatın üzvülərinə cansağlığı və təşkilatın fəaliyyətinə uğurlar arzulayırıq.