Müstəqil jurnalist, “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri Mətanət Əsgərqızı çağırış etdi

287

Sosialmedia.az xəbər verir ki, müstəqil jurnalist, “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri Mətanət Əsgərqızı hər kəsi dövlətimizin ətrafında sıx birləşməyə çağırır. O, qeyd edir ki, tarixi Qələbəmizi həzm etməyənlər insanlar arasında narazışılıq yaradır. Bunu qəsdən edirlər və çətin olan sosial durumdan istifadə edirlər ki, narazı insanların sayı artsın.

Cənab Prezident, keçmişdə şahlar məmləkətin durumunu öyrənmək üçün əyalətlərə gedərdilər. Siz də bunu edin.Amma ətrafınızın xəbəri olmasın.Çünki o dəqiqə yalançı vətəndaşları qarşınıza çıxaracaqlar.Onlar da çox firavan yaşadıqlarını bəyan edəcəklər. İnanın, insanların həyatı ağırlaşdıqca sizə qarşı yüklənirlər.

Cənab , hər gün qiymət artımı sürprizləri edənlər sizə qarşı təxribatlar hazırlayırlar. Qiymət artımlarını dayandırın.Tarixi qələbəni həzm etməyənlər şəhid ailələri ilə problemlər yaratmaqla, qiymət artımları etməklə sizi gözdən salmaq istəyirlər. Sizi sevirik. Allah sizi qorusun. Amma vəziyyətimiz çox ağırdı.Xalqa zülm edənlərdən canımızı qurtarın!!!