Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu İmişlidə dəfn edilib – FOTO

302

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu İmişlidə dəfn olunub.

SosialMedia.az-ın Mil-Muğan bürosunun məlumatına görə, Vətən müharibəsində Füzuli rayonu Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olan, 23 yaşlı Məmmədli Cavidan Valeh oğlunun nəşi ailəsinə təhvil verilib. Şəhid bu gün İmişli Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində İmişli rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Allah rəhmət eləsin!