Məcburi köçkünlərin yaşadığı yataqxana yandı

189

Bakıda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasında yanğın olub.

Sosialmedia.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.