Gün ərzində 3 avtomobil yandı

161

Bakı şəhərinin Yasamal rayonunda “Hunday” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sosialmedia.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıtda isə “Ford” markalı yük avtomobilinin yanar hissələri və yaxınlıqda dayanan “Kia” markalı minik avtomobilinin yük yeri qismən yanıb. Minik avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.