Xəzərdə partlayış olan əraziyə gəmi göndərildi

270

Xəzər dənizininin partlayış qeydə alınan hissəsində araşdırma aparılır.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, hadisə ilə bağlı dəqiq məlumat əldə etmək üçün əraziyə gəmi göndərilib:

“Mütəxəssislərdən ibarət qrup artıq hadisə yerinə yollanıb. Araşdırma aparılır. Əlavə məlumat olan kimi ictimaiyyətə ətraflı məlumat veriləcək”.