Ağdam polisindən əməliyyat: ata və oğlu saxlanıldı

241

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri Xaş-xaş-2021 şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Sosialmedia.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Baharlı kənd sakinləri Hadı Xəlilov və oğlu Gündüz Xəlilov saxlanılıblar.

Onların yaşadıqları fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətyanı sahədə yerləşən yarımtikilidən təmiz çəkisi 3 kiloqram 880 qram olan qurudulmuş marixuana və yaş çəkisi 50 kiloqramdan artıq olan kultivasiya yolu ilə yetişdirilmiş 94 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-nin İstintaq Qrupunda araşdırmalar aparılır.