Bölgədə yeni iqtisadi əməkdaşlıq: Azərbaycan Rusiya və İranla yeni dəmir yol layihələrinin icrasında maraqlıdır

4560

Sosialmedia.az bildirir ki, Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıqlar yarandı. Yeni reallıqlar həm də yeni əməkdaşlıqların yaranmasını zəruri edir ki, bu da daha çox iqtisadi sahədə özünü göstərəcək. Beynəlxalq analitiklər hesab edir ki, Qafqazda Azərbaycan bölgə dövlətləri ilə yeni iqtisadi əməkdaşlıqlarda maraqlıdır.
İqtisadi baxımdan bölgədə gözlənilən əsas layihə isə “Şimal-Cənub” dəmiryol xəttinin – “Zəngəzur dəhlizi”nin açılmasıdır ki, bu da bütün bölgə dövlətləri üçün ciddi əhəmiyyətə malikdir. Digər tərəfdən Azərbaycan iqtisadi layihələrdə maraqlıdır. Bu, prespektivə hesablanmış ciddi düşünülmüş layihələrdir. Nəzərə alsaq ki, Rusiya bölgədə ciddi nüfuza malik ölkədir, bu baxımdan yeni iqtisadi layihələrdə iştirakı önəmlidir. Yəni
Rusiya Dövlət Dəmir Yolu İdarəsinin, digər aidiyyatı şirkətlərin layihələrdə iştirakı vacib və prespektiv üçün uğurlu addım hesab olunur. Digər tərəfdən Rusiya dəmir yollarının ən çox inkişaf etdiyi ölkələr sırasındadır. Qeyd edək ki, Rusiya dəmir yolları dəmir yollarından sonra uzunluq baxımından ən uzun, daşınan yüklərin həcminə görə isə ABŞ və Çindən sonra üçüncüdür.
Böglənin digər böyük ölkəsi olan İranın da yeni dəmir yol layihələrində iştirakı önəmlidir. Azərbaycanın İranla birgə dəmir yol layihələri də mövcuddur. Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.
Bu baxımdan Rusiya Dərmir yolları, digər şirkətlər, eləcə də İranın əlaqədar kompaniyalarının iştirakı Azərbaycanın maraqlı olduğu iqtisadi proyektlərdə, o cümlədən “Şimal-Cənub” layihəsinin gerçəkləşməsində önəmli amildir.
Rusiya dəmir yolları məsələsində kifayət qədər böyük təcrübəyə malik olan etibarlı portnyordur. Nəzərə alsaq ki, bugünə qədər Azərbaycan və Rusiya arasında dəmir yolları ilə bağlı ciddi işlər görülüb, uğurlu portyorluq göstərilib, bundan sonra da hər iki dövlətin uğurlu əməkdaşlığı hər iki ölkənin maraqlarına cavab verir.
Statistik məlumatlara nəzər saldıqda, Rusiya və Azərbaycan arasındakı əməkdaşlığın artdığı açıq şəkildə görünür. Qeyd edək ki, Azərbaycan və Rusiya arasında dəmir yolları ilə 2019-cu ildə 6 milyon 240 min ton, 2018-ci ildə 4 milyon 744 min ton, 2017-ci ildə isə 4 milyon 774 min ton yük daşınıb. Beləliklə, 2019-cu ildə iki ölkə arasında yük mübadiləsi 2018-ci illə müqayisədə 31,5, 2017-ci illə müqayisədə isə 30,7 faiz artıb.
Digər bir məqam isə Rusiyanın dəmir yol baxımında ciddi təcrübəyə malik olmalıdır. Yəni Rusiya Dövlət Dəmir Yolları İdarəsi güvənli portnyor olmaqla yanaşı, gələcək yolların təmiri və baxımı nöqteyi nəzərindən professionallığı səbəbi ilə əlverişlidir. Məsələn, 2013-cü ildə boru kəmərləri istisna olmaqla, Rusiya yüklərinin təqribən 90 faizini dəmir yolları daşıyırdı. Rusiya dəmir yolları daha çox Sovet dövründə modernləşdirilmiş və dünya səviyyəli status qazanıb.
Bölgənin daha bir böyük dövləti olan İranla da iqtisadi əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verir. İranda aşırı mühafizəkar Seyid İbrahim Rəisinin son seçkilərdə qələbə qazanaraq prezident seçilməsi də bu layihələrin icrasında Azərbaycanın maraqlarına tam şəkildə cavab verir. Azərbaycanla mədəni, iqtisadi və hümanitar əlaqələrin inkişafında mühafizəkar İbrahim Rəisininin önəmli rolu olacaq. Təsadüfi deyil ki, Azərbaycanla İran arasında uzun illərdir birgə dəmiryol layihələri icra olunur.
Məsələn, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Azərbaycan tərəfi Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolu çəkib və Astara çayı üzərindəki dəmir yolu körpüsü tikib. Eyni zamanda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası davam edir. 2018-ci ilin mart ayında Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazası və yük terminalı istismara verilib və eyni zamanda taxıl terminalının təməli qoyulub.
2018-ci ilin martında isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsinin açılışı baş tutub. Gələcəkdə Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti layihəsi də nəzərdə tutulub. Hesab olunur ki, bütün bunlar hər iki ölkənin nəqliyyat-tranzit və iqtisadi-ticarət potensialını gücləndirəcək.
Keçmiş uğurlu təcrübələri nəzərə alsaq, Azərbaycanın maraqlı olduğu gələcək iqtisadi layihələrdə də İranla əməkdaşlıqda maraqlı görünür. Digər tərəfdən İran və Azərbaycan coğrafi mövqeyinə görə “Şimal-Cənub” layihəsinin inkişafı və reallaşdırılması olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, 2021-ci ilin yanvarında Azərbaycan və İran dəmir yolları arasında əməkdaşlığın artırılmasına dair saziş də imzalanıb.