Qarabağdakı sülhməramlılardan növbəti təxribat – Foto

274

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının növbəti dəfə təxribat xarakterli görüntüsü sosial şəbəkələrdə yayılıb.

Sosialmedia.az xəbər verir ki, rus sülhməramlısı əlində qondarma rejimin bayraqları olan uşaqla şəkil çəkdirib.

Qeyd edək ki, sülhməramlılarla ermənilərin süfrə arxasında, eləcə də erməni qadınlarına gülvermə kimi tez-tez görüntüləri yayılır.