Sumqayıtda 68 yaşlı kişinin meyiti tapıldı

228

Sumqayıtda mənzildə meyit aşkarlanıb.

Sosialmedia.az bildirir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Piriyev Əliqiyas Qiyas oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.