İcraçı direktorun dövlət qurumunda iş təcrübəsinə sahib olunması nəzərə alınmalı idi

487

Cəsarət Hüseynzadə,
“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri,QHT.az saytının rəhbəri

Maliyyə Nazirliyi cavabı mahiyyəti üzrə deyil. Biz QHT-lər çox yaxşı başa düşürük ki, indiki halda qrant müsabiqəsinin elan olunması mümkün deyil. Çünki qrant müsabiqəsində qədər , bir çox vacib etapların keçirilməsi vacibdir. 

Maliyyə Nazirliyinin mətbuata verdiyi açıqlamada göstərilir ki, qrant müsabiqələrinin keçirilməsi üçün vəsait üçün hər hansı müraciət və ya sifariş daxil olmayıb.

Bu müraciətin verilməsi üçün, ilk növbədə Ölkə Başçısının 19 aprel 2021-ci il tarixli fərmanında nəzərdə tutulan və icrası üçün vaxt müəyyən olunmuş fəaliyyətlər həyata keçirilməli idi. Bu fərmanda irəli gələrək Nazirlər Kabinetinin  29 aprel tarixli Sərəncamı ilə müxtəlif qurumların üzərinə öhdəliklər qoyulmuşdur. Bu qurumlar sırasında Maliyyə Nazirliyi də var.

Ən əsası isə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri sırasında Maliyyə Nazirliyinin də üzvü var. Həmin şəxsin Müşahidə Şurasında yer almasının əsas səbəbi də Maliyyə məsələləri ilə bağlı mövcud problemlərin həllində Agentliklə Nazirlik arasında körpü qolunu oynamaqdır.

Maraqlı sual meydana çıxır ki, Maliyyə Nazirliyinin Müşahidə Şurasında təmsil olunan üzvü niyə proseslərə tövhə vermir və nazirliyin istədiyi sənədlərin hazırlanmasında təşəbbüs göstərmir.

Fikrimcə daha bir məqama da diqqət etmək vacibdir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinə icraçı direktor təyin olunarkən həmin şəxsin dövlət qurumunda  müvafiq sahə üzrə iş təcrübəsinə sahib olunması da nəzərə alınmalı idi. 

Hər hansı şəxs tanınmış ekspert, QHT sahəsində bilikli və bacarıqlı mütəxəssis ola bilər. Bu əlbəttə ki, yaxşı haldır. Lakin Agentliyin mühüm dövlət qurumları ilə işləməli olduğunu nəzərə alsaq, icrası direktor təyin olunarkən dövlət qurumunda iş təcrübəsi nəzərə alınmalı idi. 

Hesab edirəm ki, müxtəlif qurumlar bir-birini ittiham etmək əvəzinə, birlikdə  Nazirlər Kabinetinin başçılığı ilə müvafiq səndəllərin hazırlanmasını yekunlaşdırmalıdırlar.