İlham Əliyev Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançılarımızı təbrik etdi – FOTO

243

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qızıl medallar qazandıran idmançılarımızı təbrik edib.

Sosialmedia.az bildirir ki, Dövlət başçısı bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram!” – İlham Əliyev qeyd edib.