İrəvanla münasibətlərə maneə yoxdur – Kalın

168

Türkiyə Ermənistanla münasibətlərin normallaşmasına müsbət yanaşır.

Sosialmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib. Onun sözlərinə görə, Ankaranın İrəvanla diplomatik münasibətləri dondurmasının əsas səbəbi Qarabağın işğalıydı:

“Bu problem həll olunduğu üçün faktiki olaraq Ermənistanla münasibətlərin normallaşdırılmasına heç bir maneə yoxdur. Bununla belə Qarabağla bağlı bəzi məsələlər mövcuddur ki, onları həll etmək lazımdır”.

Ərdoğanın mətbuat katibi həll edilməmiş məsələlərdən birininin sülh razılaşmasının əldə edilməməsi olduğunu bildirib:

“Bu, Ermənistan, Azərbaycan və Türkiyəyə lazımdır. Əgər sülh razılaşması imzalansa, bu, regional stabilliyə çox ciddi təsir göstərəcək”.